USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Azərbaycanda "Premium" və "Super" markalı benzin bahalaşıb

Bakı, 15 sentyabr - BiznesMedia. Sentyabr ayının 15-dən etibarən "A-98 SUPER" və "A-95 PREMİUM" markalı yanacaq növlərinin qiymətində artım baş verib.

Azərbaycana avtomobil yanacağının idxalı və satışı ilə məşğul olan "SOCAR-Petroleum" şirkətindən verilən məlumata görə, hazırda "A-98" 1,90 manata, "A-95" isə 1,60 manata satılır.

"Mənbə ölkədə qiymət artımı ilə əlaqədar olaraq Azərbaycana idxal olunan "A-98 SUPER" və "A-95 PREMİUM" yanacaq növlərinin qiymətində artım baş verib", - şirkətdən bildirilib.

Qeyd edək ki, bundan öncə "A-95 PREMİUM"un 1 litrinin qiyməti 1,45 manat, "A-98 SUPER" markalı benzinin qiyməti isə 1,6 manat təşkil edirdi.
09:45
15 sentyabr 2021
0 0 2
Top