USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Ölkədə günəş elektrik stansiyaları istehsalı artıb

Bakı, 15 sentyabr - BiznesMedia. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda küləklə işləyən stansiyalar 57,2 mln. kVt-saat elektrik enerjisi istehsal edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9% azdır.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, yanvar-avqust aylarında günəş enerjisi ilə işləyən stansiyalar tərəfindən isə 37,4 mln. kVt-saat elektrik enerjisi istehsal edilib (artım 16,1%).

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 17 467,8 mln. kVt-saat elektrik enerjisi istehsal edilib ki, bu da illik müqayisədə 7,2% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-avqust aylarında 16 936,8 mln. kVt-saat təşkil edib (artım 7,5%).

Ölkədə istehsal edilən elektrik enerjinin 15 897,2 mln. kVt-saat istilik (artım 7,2%), 945 mln. kVt-saat su elektrik (artım 14,3%) stansiyaların payına düşüb.
10:39
15 sentyabr 2021
0 0 1
Top