USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Dünya ölkələrinin qlobal borc hesabatı

Bakı, 15 sentyabr - BiznesMedia. Türkiyə də daxil olmaqla dünya ölkələrinin qlobal borcu açıqlanıb. Bununla bağlı Beynəlxalq Maliyyə İnstitutu (IIF) "Global Borc Monitoru" hesabatını dərc edib.

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən bu ilin ikinci rübündə qlobal borc 296 trilyon dollara qədər yüksəlib.

Qlobal borcun ölkələrin ümumi ÜDM-ə nisbəti bu dövrdə pandemiya başlayandan bəri ilk dəfə olaraq 353 faizə düşüb. Nəzərə çatdıraq ki, qlobal borcun ümumi ÜDM-ə nisbəti ilin ilk rübündə bütün dövrlərin ən yüksək həddinə, 362 faizə çatmışdı.

İnkişaf etmiş ölkələrin ümumi borcu bu ilin ilk rübündə 205 trilyon dollara yaxınlaşarkən, Hindistan, Çin, Cənubi Afrika, Braziliya və Türkiyə kimi inkişaf etməkdə olan ölkələrin ümumi borcu 92 trilyon dolları keçib.

İlin ikinci rübündə inkişaf etmiş iqtisadiyyatlarda ümumi borcun ÜDM-ə nisbəti 418 faiz olaraq qeyd edilsə də, inkişaf etməkdə olan ölkələrdə 250 faizdən 246 faizə düşüb.

Borc yığımı ən çox Avro Bölgəsində artarkən, bölgənin iki ən böyük iqtisadiyyatı olan Almaniya və Fransanın koronavirus böhranı zamanı normal vaxtlardan daha çox borc almasının təsiri ilə bölgədəki ümumi borc ikinci rübdə 1 trilyon 300 milyard dollar artaraq 56 trilyon dollara yüksəlib.

İnkişaf etməkdə olan ölkələrdən olan Çinin borc səviyyəsi sürətlə artarkən, ümumi sektor borcu ilin ikinci rübündə 2 trilyon 300 milyard dollar artaraq 55 trilyon dollardan çox artaraq tarixin ən yüksək həddinə çatdı. Belə ki, Çinin borc yığımı digər ölkələrə nisbətən daha sürətli olub.

Türkiyədə borcların ÜDM-ə nisbətləri nəzərə alındıqda, ev təsərrüfatları borcları ilin ikinci rübündə əvvəlki ilin eyni rübü ilə müqayisədə 0,7 azalaraq 16,6 faiz olub, qeyri-maliyyə şirkətlərinə aid borclar isə 6,2 bənd azalaraq 68,7 faizə çatıb. Dövlət və özəl borclar 1,8 bənd azalaraq 39,8 faiz olub.

Türkiyədəki bank kimi maliyyə şirkətlərinin borcları bu dövrdə dəyişməyərək 27,8 faiz olaraq qalıb.

11:27
15 sentyabr 2021
0 0 2
Top