USD 1.7000 EUR 1.9912 RUB 0.0232 TRY 0.1965 QIZIL 1751,33 $ GÜMÜŞ 22,355 $ BREND 74,81 $ AZERI LIGHT 76,13 $ BITCOIN 45659,8 $

Azərbaycana idxal olunan məhsullarda yoxlamalar aparılır

Bakı, 15 sentyabr - BiznesMedia. Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Tatarıstandakı idarəsi ölkədən ixrac olunan 55 min ton məhsulda yoxlamalar aparıb.

Bu barədə "Rosselxoznadzor" məlumat yayıb.

Məlumata görə, bunun 37 min tonu dənli-paxlalı bitkilər, yağlı toxumlar və texniki bitkilər, 18 min tonu isə emal olunmuş taxıl məhsulları, kənd təsərrüfatı bitkilərinin toxumları olub.

Emal olunmuş taxıl məhsulları və yem qarışıqlarının Çexiya, Polşa, Azərbaycan, Litva və Latviyya, qarabaşaq yarmasının isə Belarus, Qazaxıstan və Ermənistana göndərildiyi bildirilir.
12:35
15 sentyabr 2021
0 0 3
Top