USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

NASA Ay özüyeriyəni üçün eniş məkanını seçdi

Bakı, 21 sentyabr - BiznesMedia.NASA Ayın Cənub Qütbündəki kraterin yaxınlığındakı buzları axtarmaq üçün robotlaşdırılmış özüyeriyən göndərəcək. Qolf arabası ölçüsündə olan aparat 2023-cü ildə Nobile kraterinin qərb hissəsinə enəcək.

BBC-nin verdiyi məlumata əsasən, kraterin eni 73 kilometrdir. O, demək olar, həmişə kölgədə olur.

“Viper” missiyası buzun həm içməli su kimi, həm də raket yanacağında istifadə etmək məqsədilə çıxarıla biləcəyi üçün Ayı kəşf etmək planını dəstəkləyəcək.

“2023-cü il missiyası alimlərə buz çıxarmağın nə qədər asan və ya çətin olacağını anlamağa kömək edəcək. Əgər resurslar bol və əlçatan olarsa, bu, Aydakı insanlar üçün həyat dəstəyinin mahiyyətini həqiqətən dəyişdirəcək", - deyə “Viper” layihəsinin meneceri Daniel Endryuz bildirib.

Həmçinin qeyd olunur ki, Ayda nəqliyyat vasitələrinin yanacaq doldurulması kosmosa səyahət xərclərini azalda və Ayın forpostunu daha əlçatan edə bilər.

11:39
21 sentyabr 2021
0 0 1
Top