USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

“WhatsApp”da yeni funksiya peyda oldu

Bakı, 22 sentyabr - BiznesMedia.Tərtibatçılar iOS və “Android”də işləyən smartfonlar üçün “WhatsApp” messencerinin beta versiyasını yeniləyiblər.

“WaBetaInfo” portalının jurnalistləri tədbiqdə yeni funksiya aşkar ediblər.

Nəşrin məlumatına əsasən, messencerin 2.21.20.1 nömrəli versiyası mübahisəli kontentdən şikayət etmək istəyən istifadəçilərin imkanlarını genişləndirir.

Əgər əvvəllər istifadəçilər şikayət göndərərkən yalnız bir mesaj qrupunu seçə bilirdilərsə, indi beta testçiləri istənilən konkret mesajı seçə bilərlər. Həm şəxsi yazışmalarda, həm də qrup söhbətlərində mübahisəli kontentlə bağlı hesabat göndərmək mümkündür.

Yeni funksiyanın “App Store” və “Google Play” üçün rəsmi tətbiqlərdə nə vaxt istifadəyə veriləcəyi hələ bilinmir.

13:14
22 sentyabr 2021
0 0 3
Top