USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Bu marka telefonların kənarına kamera qoyacaq - FOTO

Bakı, 22 sentyabr - BiznesMedia. Çinin ağıllı telefon istehsalçısı "Oppo" telefonların yanına kamera əlavə etmək üçün yeni patent alıb.

"Oppo"nun yan kamera yerləşdirməsinin məqsədi, hərəkət edən cisimləri qaçırmamaqdır. Məsələn, hərəkət edən çəkilişlərdə arxa sensorun baxış nöqtəsindən çıxan cisim güzgü hərəkəti ilə yan sensorun baxış nöqtəsinə daxil olur.

Beləliklə, güzgü sistemi ilə fərqli sensorlar istifadə etmək əvəzinə daha geniş bir baxış bucağı əldə edilə bilər.

Qeyd edək ki, yan kamera texnologiyasına sahib smartfon yoxdur. "Oppo"nun patent görüntüləri bunun tezliklə gerçəkləşəcəyini göstərir.

15:14
22 sentyabr 2021
0 0 6
Top