USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Dünyanın ən bahalı iPhone 13 smartfonu işıq üzü gördü

Bakı, 22 sentyabr - BiznesMedia.Rusiyanın “Caviar” onlayn mağazası dünyanın ən bahalı iPhone 13 smartfonunu təqdim edib.

Markanın veb-saytında qeyd olunmuş məlumata əsasən, 128 GB operativ yaddaşı olan iPhone 13 Pro Gold Edition 18 karatlıq qızıl korpusdan hazırlanıb.

Cihazın qiyməti 2 725 000 rubl (52 218 AZN) təşkil edir. Eyni zamanda saytda smartfonun daha iki versiyası təqdim edilib – 128 GB və 1 TB yaddaşı olan iPhone 13 Pro Max.

Qeyd edək ki, standart iPhone 13 qızıl versiyalarla müqayisədə qat-qat ucuzdur. “Apple” korporasiyası yeniliyi sentyabrda keçirilən təqdimatda nümayiş etdirib. Yenilənmiş iPhone 13 A15 Bionic prosessoru, 4 GB operativ yaddaş və digər bir sıra üstünlüklərə sahibdir.

Daha əvvəl iPhone 13 smartfonlarının MDB ölkələrindəki qiymətləri məlum olub.
18:07
22 sentyabr 2021
0 0 4
Top