USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

"WhatsApp"dan ödəniş funksiyası yeniliyi

Bakı, 27 sentyabr-BiznesMedia.Məşhur "WhatsApp" platforması ödəniş funksiyasını yeniləyəcəyini açıqlayıb.

"WhatsApp" mesajlaşma proqramı "Payments" xüsusiyyətini  yeniləyib. Söhbət çubuğundan ödənişləri tez bir zamanda göndərmək üçün əlavə edilən bu xüsusiyyət genişləndirilir. Hindistan və Braziliyada istifadə edilən ödəniş xüsusiyyəti ilə istifadəçilər "WhatsApp"dan rahatlıqla pul köçürə bilirlər. Bu xüsusiyyət tam şəkildə şifrələmə texnologiyası ilə qorunur.

Platforma "Google Play Beta" proqramı vasitəsilə yeniləmə təqdim edib və versiyanı 2.21.20.3-ə köçürüb. Bu son yeniləmə ilə tətbiqə yeni xüsusiyyətlər əlavə edilib. Bunlardan biri də istifadəçiləri ödəmə xüsusiyyətinə təşviq etməkdir.

"WhatsApp"ın alış-veriş xüsusiyyəti ilə inteqrasiya etmək istədiyi "ödəniş" funksiyası daha da təkminləşdirilir. Platforma hazırda "Cashback" adlı ödənişlər üzərində işləyir. Bu yeniliklə "WhatsApp Payments" istifadəçilərin 48 saat ərzində pulları geri qaytarılacaq.

Şirkət "Ödəniş" xüsusiyyətini tanıtmaq üçün belə bir addım atıb. "WABetaInfo"nun xəbərinə görə, yeni funksiya gələcək versiyalarda görünəcək.

15:12
27 sentyabr 2021
0 0 2
Top