USD 1.7000 EUR 1.9811 RUB 0.0239 TRY 0.1817 QIZIL 1787,8 $ GÜMÜŞ 24,274 $ BREND 84,14 $ AZERI LIGHT 85,15 $ BITCOIN 62605,65 $

Məşhur marka smartfonlarını avtomobil açarı kimi istifadə edəcək xüsusiyyəti aktivləşdirdi

Bakı, 30 sentyabr - BiznesMedia."Samsung" bəzi smartfonları üçün "Digital Key" xüsusiyyətini təqdim edib. Smartfonları avtomobilin açarına çevirən bu xüsusiyyət hazırda yalnız Cənubi Koreya və "Genesis"in lüks elektrikli avtomobili GV60-da mövcuddur.

Şirkətin açıqlamalarına görə, bu xüsusiyyət avtomobil sahiblərinin işini asanlaşdıracaq və fiziki açar daşımaq məcburiyyətini ortadan qaldıracaq. "Samsung" yeni xüsusiyyətini "Galaxy S21+", "Galaxy S21 Ultra", "Galaxy Z Fold 3", "Galaxy Z Flip 3" və "Galaxy Note 20 Ultra" modellərində aktivləşdirib.

Xatırladaq ki, "Samsung"un verdiyi açıqlamalara görə, rəqəmsal açar xüsusiyyətinin "Audi", "BMW", "Genesis" və "Ford" tərəfindən istehsal edilən bəzi avtomobillərdə ilkin mərhələdə istifadəyə verilməsi nəzərdə tutulurdu.

"Samsung" gələcəkdə bu xüsusiyyətin aktivliyini daha çox telefon modellərində artıracaq.

18:23
30 sentyabr 2021
0 0 3
Top